Xəbər lenti

Ölən şəxslərdən ikisinin günahsız olması müəyyənləşdi - “Tərtər işi”
Ölkə06:59 06.12.2022

Ölən şəxslərdən ikisinin günahsız olması müəyyənləşdi - “Tərtər işi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş Prokurorluq "Tərtər işi” ilə bağlı məhkum edilmiş şəxslərdən daha ikisinin günahsız olmasının müəyyən edilməsi barədə məlumat yayıb.
Qaynarinfo Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılıb. Onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.