Xəbər lenti

Ömrün azadlıq yaşı
Ölkə06:32 20.01.2023

Ömrün azadlıq yaşı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həyat üçün doğulmuşuq 
Vətən üçün ölməliyik...
Bir zamanlar heç yatsaq yuxumuza da girməzdi ki, xalqımız haqq yolunun astanasında dayanacaq. Qıqmızı imperiyanın qana bulaşmış yollarında öz müstəqilliyinə doğru addımlayacaq, bu əzəmətli birliyə qoşulmayan qalmayacaq. Elə də oldu. Səbr kasası daşan milli ruhumuz içimizdən qılınc kimi sıyrıldı. 
Bu hərəkatın sıraları olduqca sıx idi. Hətta göydəki Allah da yerdə bu qədər bəndənin bir yerə toplaşmasını heyranlıqla seyr edirdi. Xüsusən gənclər bu hərakata coşğu ilə qatılırdılar.
Gənc şair Ülvi Bünyadzadə də onların ön sıralarında idi. Həmin vaxt onun qəlbində cücərən şairanə sözlər daha çox Ülvini mübarizəyə ruhlandırdı inamına, ümidinə dayaq oldu. Sözün canlı qüvvəyə çevrilib insana dayaq olması maraqlı hadisədir. Gənc şair çölündəki haraydan çox ürəyindəki harayı eşitdi. İçindəki sözün uğultysu əks -səda verərək azadlıq deyə hayqıran insanların səsinə sonra isə çöldəki tankların bədheybət nərəsinə qarışdı... 
Çox erkən yaşlarında Ülvi şairanə sözün şirəsini dadıb. Torpaq, vətən eşqi ilə dolu olan bu sözlər nar kimi partlayıb, danələri vərəqlərə tökülərək təşnə ürəklərə məlhəm olub. Çox keçməyib ki, Tanrıdan verilən istedad, içindəki həyat eşqi onu məhz əqidəsindən tutub azadlığa doğru aparıb. Vətənin adını, sanını uca tutmaq üçün. 
20 hadisəsindən keçən illərin sayı Ülvinin yaşını çoxdan ötüb. İyirmi yaşında dayanan ömür... O indi azadlıq yaşındadı. Taleyinə azadlığın işığı düşən şairin həyatı bütöv bir ömrü daha çox xatırladır, nəinki yarımçıq ömrü. Çünki şəhid ömrü yarımçıq olmur şəhid olduğu annan bütövləşir...
Xaliq Rəhimli