Xəbər lenti

Ötən il 38 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib
Ölkə07:00 26.01.2024

Ötən il 38 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verildiyi kimi, yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.
Baş prokuror bildirib ki, 2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfər vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.
Həmçinin, bildirilib ki, 2023-cü ildə 57 şəxs işə qəbul edilib, 355 şəxs isə həvəsləndirilib.