Xəbər lenti

Ötən il əcnəbilər Azərbaycanda nə qədər pul xərcləyib?
Ölkə16:43 26.06.2023

Ötən il əcnəbilər Azərbaycanda nə qədər pul xərcləyib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə mehmanxana və mehmanxana tipli müəssisələrin göstərdikləri xidmətlərin məbləği açıqlanıb.
Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən xəbər verilib.
Bildirilib ki, 2022-ci il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərə görə ödənilmiş məbləğ 138 milyon 766,6 min manat təşkil edib.
Qeyd edək ki, 2021-ci ildə bu rəqəm 47 milyon 373,1 min manat olmuşdu.