Tikinti və Mənzil-Kommunal Təsərrüfat Nazirliyi Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyi ilə birlikdə xaricdə yaşayan və işləyən vətəndaşları Yeni Daşkənd layihəsinin tikintisi üçün ölkəyə qayıtmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, müraciətin əks olunduğu video Özbəkistanın Rusiyadakı səfirliyinin "Telegram" kanalında yayımlanıb.
Videoda Özbəkistan şirkətlərinin 38 ixtisas üzrə 10 minə yaxın inşaat işçisini işə götürməyə hazır olduğu bildirilir. Özbəklər yemək, geyim və yataqxanada yerlə təmin olunacaqlar.
Aylıq ödəniş 8 milyondan 15 milyon samadək (təxminən 1056-1980 manat) olacaq. "Fərqanə" agentliyinin məlumatına görə, 2024-cü ildə Özbəkistanda orta aylıq əmək haqqı 5,3 milyon som (təxminən 700 manat) təşkil edib.
Ötən ilin ortalarında Özbəkistanı tərk edən əmək miqrantlarının sayı kəskin şəkildə azalıb. Xüsusilə, Rusiyaya işləmək üçün gedənlərin sayı 4-6 milyondan 1 milyona qədər azalıb. Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov bunu respublikada aparılan iqtisadi islahatların səmərəliliyi ilə izah edib.
Aydın
Şərhlər