Xəbər lenti

Özünü qazi kimi təqdim edən dilənçi saxlanıldı (VİDEO)
Ölkə06:34 03.05.2022

Özünü qazi kimi təqdim edən dilənçi saxlanıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox "qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.
Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ümid Məmmədov barəsində araşdırmalar davam edir.