Xəbər lenti

Oğlunun "avtoşluq" görüntüləri yayılan iş adamı danışdı (VİDEO)
Ölkə11:42 24.05.2022

Oğlunun "avtoşluq" görüntüləri yayılan iş adamı danışdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İş adamı Soltanpaşa Məlikov hərbi xidmətdə olan oğlunun Bakıda avtoşluq etməsi ilə bağlı yayılan görüntülərdən danışıb. 
Soltanpaşa Məlikov Qaynarinfo-ya açıqlamasında oğlu Əziz Məlikovla bağlı yayılan görüntünün hərbi xidmətdən əvvəl çəkildiyini bildirib. 
"Bəli, o görüntü oğluma məxsusdur. Amma 4-5 il əvvəl çəkilib. İndi ortaya çıxarıb, camaata göstərirlər. Oğlum hazırda hərbi hissədədir. Yayılan görüntülərlə bağlı istintaq gedir. Bu görüntüləri Vüqar adlı şəxs yayıb. Hər şeyi o, edir. Biz də bunun səbəbini də müəyyənləşdirməyə çalışırıq ki, görək nə məsələdir”, deyə Soltanpaşa Məlikov bildirib.
İş adamı "Əmək” ordenli əkinçi olduğunu deyib: "Mən əkin əkməklə məşğulam. Oğlumun hərəkətinə haqq qazandırmıram. Baş verənlərlə bağlı hələlik bundan artıq bir söz deyə bilməyəcəm. Amma onu bilirəm ki, sözügedən hadisədən sonra cərimə edilib və ödəniş də olunub”.
Əhməd