Xəbər lenti

Oğuzun Çaldaş kəndinin “özəl” Stalini (FOTO/VİDEO)
Ölkə15:18 12.06.2023

Oğuzun Çaldaş kəndinin “özəl” Stalini (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oğuz rayonunun Çaldaş kəndində İosif Stalinin heykəli bu günədək qalmaqdadır. Hazırda heykəl yerli bələdiyyədən həyətyanı torpaq sahəsi almış kənd sakinlərindən birinin həyətindədir.
Bizim.Media-nın əməkdaşı Oğuz rayonunun Böyük Söyüdlü inzibati ərazi dairəsinin Çaldaş kəndində, Stalinin heykəli yerləşən ərazidə olub.
Məlumata görə, İosif Stalinin heykəli kənddə sovet dövründən qalıb. Həmin dönəmdə keçmiş Astraxanovka kəndində kolxoz fəaliyyət göstərib.
Yerli sakinlər həmin vaxtdan indiyə qədər Stalinin heykəlini qoruyub-saxlayıblar. Hazırda heykəlin yerləşdiyi torpaq sahəsinin sahibi də kəndin ənənəsini davam etdirəcəyini deyir, yəni onu sökməyi planlaşdırmır.