Xəbər lenti

Oksigen doldurma məntəqəsində bədbəxt hadisə - 1 nəfər öldü
Ölkə06:14 03.03.2016

Oksigen doldurma məntəqəsində bədbəxt hadisə - 1 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında Şirvan şəhəri, M. Mirzəyev küçəsində yerləşən oksigen doldurma məntəqəsində bədbəxt hadisə baş verib.
APA xəbər verir ki,nəticədə 49 yaşlı kişi ölüb. Oksigen balonu yaranmış təzyiq nəticəsində partlayıb və həmin məntəqədə çalışan 1967-ci il təvəllüdlü Məmmədov Füzuli Seyran oğlu zərbənin gücündən divara çırpılıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə-tibi ekspertiza mərkəzinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
Qaynar.info