
Xərçəng xəstəliyindən dünyasını dəyişən Rauf Nəbiyevin yaxınları Gunxeber.com-un redaksiyasına müraciət edərək “Oksigen Klinik xəstəxanası”da başlarına gətitilən müsibətdən danışıblar.
Mərhum Rauf Nəbiyev səhətində yaranmış problemlər ilə əlaqədar olaraq 12.08.2012 -ci il tarixində ”Oksigen Klinik xəstəxanası” müraciət edib. Onu da qeyd edək ki, Rauf Nəbiyevin əsas şikayəti “Öd” kisəsindəki ağrılardan olub. Klinikaya müraciət edən Rauf Nəbiyev müayinə olunduqdan sonra öd kisəsində problemlərin olduğu deyilərək əməliyyat olunması məsləhət görülüb.
Amma müayinə olunan xəstənin xərçəngə tutulduğu nədənsə gizlədilib. Klinikanın cərrahı Mübariz Əliyev tərəfindən əməliyyat olunan xəstənin öd kisəsində daha dərin problemlər ortaya çıxıb. Rauf Nəbiyevin yaxınları deyir ki, əksər müayinələrə cərrah Mübariz Əliyevin məsləhəti ilə üz tutublar; “O, adam nə dedisə onu da etdik. Hansı klinikaya yolladı, gedib anaiz verdik. Amma M.Əliyevin göndərdiyi klinikalar mərhumun xərçəngə tutulduğunu bizə demədi. ELə bizi narahat edən məsələ budur ki, sonradan analiz verdiyimiz və müraciət etdiyimiz həkim deyir ki, mərhum elə həmin ərəfədə xərçəngə tutulubmuş. Nədənsə cərrah Mübariz Əliyev bunu bizdən gizlədib”-deyə xətənin yaxınları əlavə edib.