Xəbər lenti

Oktyabrda yaz havası: istilər davam edəcək?
Ölkə07:16 28.10.2023

Oktyabrda yaz havası: istilər davam edəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əvvəlki illərdə oktyabr ayında daha isti günlər olub. Bu ay keçid ayı olduğu üçün havanın dəyişkən olması normaldır.
Bu sözləri Axar.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
"Əvvəlki illərlə müqayisə etsək, rekord istilər qeydə alınmayıb. Hava bəzi günlərdə iqlim normasına yaxın, bəzi günlər də isə 3-4 dərəcə yüksək olub. Oktyabr ayının sonuna kimi ölkə ərazisində mühüm bir hava dəyişikliyi gözlənilmir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu aran rayonlarında 24-29, Bakıda və Abşeron yarımadasında 22-27, dağlıq və dağətəyi rayonlarda isə 15-20 dərəcə isti olacaq”, - Məmmədova bildirib.