Xəbər lenti

Oğlan atasını və bacısını bıçaqladı - FOTOLAR
Ölkə13:30 25.06.2014

Oğlan atasını və bacısını bıçaqladı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Qaynar.info APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 25-də günorta saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əjdər Rasim oğlu Nəhmətov ailə münaqişəsi zəminində atası, 1966-cı il təvəllüdlü Rasim Nəhmətova və bacısı, 1999-cu il təvəllüdlü Təhminə Əjdər qızı Nəhmətovaya bıçaqla bir neçə yerdən bədən xəsarəti yetirib.  Yaxınlarının sözlərinə görə, ruhi-əsəb xəstəsi olan Əjdər əvvəllər də münaqişə  zəminində ailə üzvlərini döyməklə onlara xəsarət yetirib.

Faktla bağı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Qaynar.info