Xəbər lenti

Olimpiada şoku: 44 idmançı "gey" və "lezbiyan" çıxdı
İdman14:30 07.08.2016

Olimpiada şoku: 44 idmançı "gey" və "lezbiyan" çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Brazilyada keçirilən 2016-cı il Yay Olimpiyadasına qeyri-ənənəvi seksual oriyentasiya malik 44 idmançı gəlib.
İdmançılardan 11-i kişi, 33-ü qadındır. 
Yarışlara ən çox LGTB təmsilçisi Böyük Britaniya və ABŞ-dan qatılıb. Belə ki, bu ölkələri qeyri-ənənəvi oriyentasiyaya malik 8 idmançı təmsil edəcək. Siyahıda üçüncü yeri 5 idmançı ilə Niderland tutur. 
Rioda öz ölkələrini təmsil edən qeyri-ənənəvi seksual oriyentasiyalı ən məşhur idmançılar bunlardır: amerikalı basketbolçu Elene Dele Don, braziliyalı voleybolçu Larisa Franka və CAR-dan olan yüngül atlet Kaster Semenya. 
Yer gəlmişkən, Semenya Londonda keçirilən oyunlar zamanı ölkəsinin bayraqdarı olub.
Qeyd edək ki, 2012-cı ildə Londonda keçirilən Olimpiadada qeyri-ənənəvi seksual oriyentasiya malik 23 idmançı iştirak etmişdi. (azvision)
Qaynarinfo.Az