Xəbər lenti

Şolts Qərb silahları ilə Rusiya ərazisinə hücumlara qarşı çıxdı
Dünya 22:46 26.05.2024

Şolts Qərb silahları ilə Rusiya ərazisinə hücumlara qarşı çıxdı

Almaniyanın federal kansleri Olaf Şolts Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücum etmək üçün Qərb silahlarından istifadə etməsi ideyasına qarşı çıxıb. 

Qaynarinfo bu barədə "Tagesschau" saytına istinadən xəbər verir.

Şolts bildirib ki, o, Ukraynadakı münaqişədə Qərb silahlarının tətbiqi sahəsini genişləndirmək üçün hələ heç bir səbəb görmür. Kansler xatırladıb ki, alman silahlarının tədarükü ilə bağlı dəqiq qaydalar var, Ukrayna ilə razılaşdırılıb və işləyir.

"Ən azından mənim mövqeyim belədir", deyə Şolts bildirib.

Almaniya kansleri həmçinin qeyd edib ki, Berlinin Kiyevlə bağlı siyasətinin məqsədi münaqişənin dünya müharibəsinə çevrilməsinin qarşısını almaqdır.

Mayın 25-də NATO-nun baş katibi Yens Stoltenberq Alyans müttəfiqlərini Ukraynanın Rusiya ərazisindəki hədəflərə Qərb silahları ilə hücum etməsinə icazə verməyə çağırıb. 

Bundan əvvəl 13 amerikalı konqresmen Pentaqondan Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün verilən Qərb silahlarından istifadə etməyə icazə verməsini xahiş etmişdi. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko hesab edir ki, bu, Rusiya Silahlı Qüvvələrinin Xarkova hücumunun qarşısını almağa kömək edəcək. Ukrayna prezidenti Volodimir Zelenski müttəfiqlərini qadağanı ləğv etməyə çağırıb ki, Kiyev Rusiyanın silah-sursat anbarlarını və təyyarələrini vurmaq imkanı əldə etsin.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->