Xəbər lenti

Şolts
Dünya 10:40 01.03.2024

Şolts "Taurus" raketlərinin Ukraynaya transferindən qorxduğunu etiraf etdi

Almaniya kansleri Olaf Şolts uzun mənzilli "Taurus” raketlərini Ukraynaya ötürmək istəmədiyini, çünki onlardan Moskvaya hücumlar üçün istifadə oluna biləcəyini deyib.

Qaynarinfo xəbər verir ki, Şolts "500 kilometr mənzilli qanadlı raket, səhv istifadə edildiyi təqdirdə, Moskvanın bir yerində müəyyən bir hədəfə çata bilən bir silahdır" deyə bildirib.

O əlavə edib ki, artıq Ukraynaya uzaqmənzilli raketlər bağışlayan Britaniya və Fransa "nəyin hara düşdüyünü bildiklərinə əmin olublar”. Şoltsun sözlərinə görə, Ukraynada bu cür raketlərin yerləşdirilməsi üçün Almaniyanın iştirakı məcburi olacaq və "bundan söhbət gedə bilməz”.

Kansler etiraf edib ki, Berlinin ukraynalı müdafiəçilərə "Taurus” raketlərini verməkdən imtina etdiyinə görə "tənqidi” onu əsəbiləşdirir, çünki Almaniya Ukraynanı demək olar ki, bütün digər ölkələrlə müqayisədə daha çox silahla təmin edir.

O qeyd edib ki, ABŞ Konqresi Ukraynaya kömək üçün yeni maliyyə vəsaiti ayırmasa, o zaman bəzi ölkələr bu məsələdə daha çox səy göstərməli olacaq.

Alman deputatlar dəfələrlə Şoltsu "Taurus” raketlərini Ukrayna ordusuna təhvil verməyə çağırıblar. Bundestaqın deputatı Roderix Kiesevetter kanslerin bu barədə təkbaşına qərar verə bilməyəcəyini və ABŞ-dan "yaşıl işıq" lazım olduğunu bildirib.

Avropa Parlamenti həmçinin Rusiyanın başladığı müharibədə qalib gəlmək üçün Ukraynaya lazım olan hər şeyi təmin etməyə çağırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->