Xəbər lenti

Şolts Ukraynada müharibə başlamazdan əvvəl Putini nəyə əmin edibmiş?
Dünya 16:50 27.05.2024

Şolts Ukraynada müharibə başlamazdan əvvəl Putini nəyə əmin edibmiş?

Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl Vladimir Putini Ukraynanın ən azı 30 il NATO üzvü olmayacağına əmin edib. 

Qaynarinfo "Welt”ə istinadən xəbər verir ki, o, bunu bazar günü, mayın 26-da Almaniya Konstitusiyasının 75-ci ildönümü münasibətilə öz ofisinin açıq qapı günündə deyib.

"O, Ukraynanın NATO-ya üzv olması ilə bağlı müharibədən əvvəlki danışıqlarda Putini əmin edib: "Bu, növbəti 30 il üçün gündəmdə deyil”. Bununla belə, Putin Avropada liberal, açıq cəmiyyətləri qəbul etmək istəmir”, – nəşr Almaniya liderinin sözlərindən sitat gətirir.

Şolts, Putinin "tamamilə absurd" fikirləri olduğunu söyləyib. Məsələn, Rusiya prezidenti Belarus və Ukrayna "ayrı-ayrı dövlətlər olmamalıdır" deyib. 
Kansler həmçinin Putini "tamamilə absurd” səbəblərlə Ukraynaya hücum etməkdə ittiham edib, çünki "NATO heç vaxt Rusiya üçün təhlükə olmayıb”. 

O, Kremlin NATO ölkələrinin guya müharibədən əvvəl Rusiyanın təhlükəsizlik maraqlarını nəzərə almaması ilə bağlı ittihamlarını rədd edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->