Xəbər lenti

"Oğluma mənim adımı qoyarsınız" deyən şəhidin vəsiyyəti yerinə yetirildi (FOTO)
Ölkə05:48 29.12.2020

"Oğluma mənim adımı qoyarsınız" deyən şəhidin vəsiyyəti yerinə yetirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətən Müharibəsinin igidlərindən biri, son döyüşündən əvvəl mobil telefonla çəkdiyi videogörüntüdə şəhid olacağı təqdirdə dünyaya gələn oğluna öz adının verilməsini istəyən baş gizir Allahyarov Şahin Hüseynbala oğlunun vəsiyyəti reallaşıb.
Qaynarinfo-nun Report-a istinadən verdiyi  məlumata görə, baş gizirin Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində dünyaya gələn oğluna onun adı verilib.
Xəstəxanadan "Report"un Şimal bürosuna bildirilib ki, çəkisi 3 kq 600 qram olan körpənin və anası Kəmalə Allahyarovanın vəziyyəti normaldır.