"Balaca oğlumuza atan həyatda yoxdur deyə bilmirəm. Həmişə atasını soruşanda deyirəm ki, xaricdədir, işləyir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Real TV-yə müsahibəsində 1 il əvvəl dünyasını dəyişən Hərbi Hava Qüvvələrinin "MİQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Atakişiyeva deyib. O, həyat yoldaşının övladlarına olan məhəbbətindən danışaraq, oğullarının cərrah olmasını istədiyini qeyd edib.
Könül Atakişiyeva ilə hazırlanmış reportajı təqdim edirik:
<iframe width="623" height="415" src="https://ok.ru/videoembed/1798302534250" frameborder="0" allow="autoplay" allowfullscreen="" style="box-sizing: border-box; width: 639.984px; max-width: 100%; height: 350px;">