Xəbər lenti

Oğluna narkotik aparan ana tutuldu
Ölkə06:51 29.10.2014

Oğluna narkotik aparan ana tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində daha bir qanunsuzluğun qarşısı alınıb.

Qaynar.info qurumun rəsmi saytına istinadən xəbər verir ki, 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 177.3.3; 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mayıl Şərafəddin oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası, Ağsu rayonu, Pirhəsənli kəndində yaşayan vətəndaş Əsmarə Barat qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman, əl çantasında olan saç üçün rezinin içərisində gümüşü kağıza bükülərək gizlədilmiş 4,153 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 

Qaynar.info