Foto 17:23 11.04.2022

Oğlunun toy günündə, Fərruxda şəhid olan 58 yaşlı ata (FOTOREPORTAJ)

Fərrux dağında gedən döyüşlərdə şəhid olanlardan biri də, Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Hüseyn Əhməd oğlu Hüseynovdur.

Şəhidin oğlu Habil Hüseynli "Report"un Qərb bürosuna bildirib ki, atası 58 yaşında könüllü olaraq I Qarabağ müharibəsinə qatılıb.

H.Hüseynli əlavə edib ki, özü də həmin vaxtlar Gədəbəydə hərbi xidmətdə olub:

"Mən hərbi xidmətdə idim. Eşitdim ki, atam I Qarabağ müharibəsində iştirak etməök üçün Seyfəlidəki poliqonda təlimlərə başlayıb. Təlim komandiri ilə danışaraq hərbi xidmətdə olduğumu dedim. Atamın isə yaşının çox olmasına görə narahat olduğumu və onu evə buraxmalarını xahiş etdim. Atamı evə buraxdılar. Bir neçə gün evdə qalandan sonra anama evdə qala bilmədiyini, qələbə xəbəri ilə mütləq qayıdacağını deyərək birbaşa könüllü batalyonuna qoşularaq döyüşlərə qatılıb".

Şəhidin oğlu əlavə edib ki, atasl döyüşələrə qatılandan bir neçə gün sonra maaşını alaraq evə qayıdıb:

"Çox təkid elədik ki, yaşı uyğun deyil getməsin, bacarmadıq. Gördük onu getmək fikrindən daşındıra bilmirik heç olmasa toya qədər evdə qalmasını və mənim toyumda iştirak etməsini dedik. Yenə də onu saxlaya bilmədik. Atam şəhid olan yoldaşlarının qisası alındıqdan və Vətnimiz mənfur qonşularımızdan təmizləndikdən sonra qələbə xəbəri ilə qayıdacağaını və ən azından özünü mənim toy günümə qədər çatdıracağını deyərək cəbhəyə qayıtdı".

H.Hüseynlinin sözlərinə görə, öz toy günündə atasının ölüm xəbəri gəlib:

"Atam mənim toy günündə Fərrux uğrunda gedən ağır döyüşlərdə itkin düşüb. Sonradan döyüş yoldaşlarından aldığımız dəqiq məlumatlara görə, yaşının çox olmasına baxmayaraq atamn döyüşlərdə qərhrəmanlıqla iştirak edərək şəhid olub və nəşinin ərazidən çıxarılması mümkün olmayıb. Atam fəhlə adam idi, son günlərdə isə məsciddə bağban işləyirdi. Vətən sevgisi onu I Qarabağ müharibəsində ən ağır döyüşlərin mərkəzinə qədər apardı və şəhid oldu. Anam 5i il bundan əvvəl dünyasını dəyişib. Ölənə qədər tamın ona seöz verdiyi üçün mütləq qayıdacağına inanırdı. Biz onun xatirəsini daim yaşatmağa çalışırıq. Mənim oğlum indi atamın adını daşıyır. Qəbri olmadığı üçün əmim rəhmətə gedəndə onun sinə daşına atamın da şəklini həkk etdirdik. Bu da bzim üçün bir təsəlli idi. Şükürlər olsun ki, Fərrux yüksəkliyi işğaldan azad olunub. Eşidəndə ki, ordumuz artıq Fərrux dağında I Qarabağ döyüşlərində şəhid olanların qalıqları aşkarlanıb çox sevindik".