Xəbər lenti

Ombudsman dağıdılmış qəbirləri araşdırdı
Ölkə15:52 20.12.2021

Ombudsman dağıdılmış qəbirləri araşdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə dağıdılmış qəbiristanlıqlarla bağlı faktaraşdırıcı missiyanı Ağdam rayonunda davam etdirib.
Ombudsman Aparatından Qaynarinfo-ya verilən məlumata görə, faktaraşdırıcı səfər çərçivəsində Ombudsman Ağdam rayonunda Qarağacı və Uzundərə qəbiristanlıqlarında monitorinq aparıb və hüquq pozuntularına dair zəruri materiallar toplanılıb. Digər rayonlarda olduğu kimi, Ağdamdakı qəbiristanlıqlarda da Ermənistan tərəfindən işğal dövründə basdırılmış minalarla bağlı təhlükənin mövcud olduğu aşkarlanıb.
Qeyd olunduğu kimi, Ombudsmanın həyata keçirdiyi yerində araşdırmaların nəticələri əsasında hesabat hazırlanaraq, beynəlxalq və regional təşkilatlara ünvanlanacaqdır.