Xəbər lenti

OMON-çular yenə məhkəmə qarşısına çıxarılacaq
Ölkə12:03 07.09.2016

OMON-çular yenə məhkəmə qarşısına çıxarılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda Qobustan həbsxanasında saxlanılan, ömürlük həbs cəzası almış keçmiş OMON döyüşçüləri təkrar məhkəmə qarşısına çıxarılır. Qaynarinfo.Az vəkil Elçin Sadıqova istinadən xəbər verir ki, məhkəmə sentyabrın 8-də, saat 10.45-də keçiriləcək.

"Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən Elçin Əmiraslanovun, Arif Kazımov və Səfa Poladovun barəsində təyin edilmiş ölüm cəzasının qanunsuz olaraq ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilməsi onların barəsində olan ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan CM-nin 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə ərizəmə baxılacaq" - deyə vəkil bildirib.

Qeyd edək ki, adı çəkilən OMON-çular 16 dekabr 1996-ci ildən bəri cəza çəkirlər və bu il cəzalarının 20 ili tamam olur.

Qızılgül

Qaynarinfo.Az