
Çərlədib axırına çıxdığımızM.F.Axundovun əsrlərin gödənini yırtaraq gələcəyə doğru təşəxxüsləaddımlayan məşhur “Hacı Qara” əsəri, əgər xatırlayırsınızsa, Heydərbəyin monloqu ilə başlayır. Heydər bəy gənc, yaraşıqlı, qoçaq biroğlandır. O, ailə qurmaq, müstəqil həyata atılmaq, adam balası kimiyaşamaq istəyir. Fəqət bütün yollar bağlıdır. Əldə bir sənət yox, mövcudvəziyyət yaxşı heç nə vəd etmir. Rus hökuməti olmaya, əvvəlki vədələrola, Heydər bəy kimi igid bir cavan arvad almaqda acizmi qalardı? O saatyol kəsər, xərac alar, lazım gəlsə, adam öldürərdi. Amma indi?! Üf-püf!Kişinin dərdi deyiləsi deyil. Yeganə yol: qaçaqmalçılıqdır! Yəni, nəolur-olsun, qanundan kənar bir iş görməlidir ki, əlinə-ovcuna nəsəgəlsin.
Vəziyyət sizə tanış gəlmir ki?
Sizibilmirəm, şəxsən mənə o qədər tanış gəlir ki, elə bil ağlım kəsəndən buvəziyyət dediyimiz andırla bir yerdə olmuş, dost-aşina kimi qolboyunyaşamışıq!
Mənim bir tanışım var, gözəl müəllimidi. Orta məktəb maaşı ilə heç cür dolana bilmədiyi üçün texnikumakeçdi. Burda qaz vurub qazan doldurmaq imkanı vardı da, bu başıbatmışbir iş görə bilmədi. Mən pul aldığım uşaqların auditoriyasına girəbilmərəm! Külü qoyum sənin müəllim başına! Elə bil marsdan-zaddan gəlib.
Nəsə...Bu da alınmadı. Müəllimlikdə perspektiv görmədiyi üçün keçdijurnalistikaya. Yenə də maaş! Hərənin gündə bir qəzet açdığı dönəmləridi. Hələ hörmətli Əflatun Amaşov yoldaşın qara siyahısı da yox idi.Gözümün qabağında neçə adam qəzet-jurnal hesabına varlandı, ev-mülk,var-dövlət yiyəsi oldu. Mənim tanışım yalnız yaxşı yazmaq peşində idi.Deyən yox idi ki, ay ağılsız, tutaq ki, bir kitablıq, ya iki kitablıqnəsə yazdın, nə dəyişəcək? Yaxşı jurnalist olmağına baxmayaraq burda daözünü dolandıra bilmədi. Nə qədər qarın çörəyinə işləmək olar? Yaş daötüb keçir. Bunun ailə qurması var, toy-düyünü, ev-eşiyi var! Kimdi sənə“komsomolski” qız verən?
Ağlına hardan gəldisəməmurluğa imtahan verdi. Axmaq olsa da savadı var. Sənəd verdiyi yeriqazandı və bir gün gördüm ki, qırmızı qalstuk taxıb. Ancaq az keçməmişmaaşların azlığından gileylənməyə başladı. Gülməkdən uğunmuşam! O məmurki, maaşın azlığından gileyləndi, alnının çatına paslı bir gülləlazımdır! Adam yanıb-tökülür! Ya, insan oğlu, səndə bir zərrə də olsunqeyrət yoxdurmu? Özündən başqa maaşdan gileylənən məmur gördünmü heç?
İndi saç tökülüb, qarın başlayıb yekəlməyə... İndən belə pul-parası olsa da ona qız gəlməyəcək.
Hələbu soxasoxda yaradıcılıqla məşğul olan gənclər var. Bismillah olsun!Adamın canına vicvicə düşür! Nə edəcəklər, hara üz tutacaqlar, hansıqapını döyəcəklər? Bu adamları iki yol gözləyir, ikisi də fəlakətdir.Biri həqiqətin yanında şöngüyən məhrumiyyət, o biri ləyaqətsizlikləşərtlənən rahat həyat!
Nə yapasan, nə edəsən - o məmləkətdə ki, müğənni, idmançı və cinayətkar olmadan pul-para qazanmaq mümkün deyildir?!
İndi qaçalmalçılıq da mümkün deyil. Maşallah bizim gömrük kimsəyə göz açdırmır.
Allah işlərini avand eləsin!