Xəbər lenti

Onlardan bir batalyon düzəldib Qarabağa göndərmək olar... - Hüquq müdafiəçisi
Ölkə08:57 02.10.2020

Onlardan bir batalyon düzəldib Qarabağa göndərmək olar... - Hüquq müdafiəçisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Hazırda həbsdə olan dustaqlardan bir batalyon düzəldib Qarabağa göndərmək olar”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisi bildirib ki, bu məsələ artıq müzakirədədir:

"Biz oktyabrın 1-də bu məsələni qaldırdıq. Bütün böyük müharibələrdə dustaqlar da döyüşmək, onlar da vətən uğrunda mübarizə aparmaq istəyir. Lazım gəlsə, onlar da qanı ilə sübut etmək istəyir ki, bu dövləti, bu xalqı sevirlər”.

Novella Cəfəroğlu qeyd edib ki, onların arasında zabitlər də var:

"Onlardan bir batalyon düzəldib Qarabağa göndərmək olar. Hərbiçilər, zabitlər, OMON-cular, həkimlər var ki, onlar çoxdandır həbsdədir”.

Bahar Rüstəmli