Xəbər lenti

"Onların çoxu heç yerdə işləmir, ancaq toydan dolanır" - Xalq artisti
Ölkə06:42 01.07.2021

"Onların çoxu heç yerdə işləmir, ancaq toydan dolanır" - Xalq artisti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bizim xalqımıza toy yaraşır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov Operativ Qərargahın toyların keçirilməsinə icazə verilməsi ilə bağlı qərarının bu gündən qüvvəyə minməsinə aydınlıq gətirərkən deyib. Sənətkar bu münasibətlə Azərbaycan xalqını təbrik edib:
"Toy müğənnisi deyiləm, amma hərdən bir də olsa iştirak edirəm. Bu qədər gənclərimiz nişanlı qalmışdı, toy-düyün şənliklərinə icazə verilmirdi. İki ilə yaxındır ki, gənclərin hər biri bu qərarı gözləyirdi, toy həsrətində idilər. Valideynlər vardı ki, narahat idi.  Bu qərarı alqışlayıram”.
Sənətkar bundan sonra pandemiya ilə bağlı artımın olmamasını arzulayıb:
"Normal həyatımıza qayıdarıq. Biz  qələbə qazanan xalqıq, ona görə də daha ürəklə toylarımızı edəcəyik. Bu qərara təkcə müğənnilər sevinmir, həm də xalqımızın 50%-i toylardan dolanır. Düşünürəm ki, xalqımız deyilən qayda-qanunlara əməl edər, xəstəliklə bağlı artım olmaz. Pandemiya vaxtı əziyyət çəkənlər arasında musiqiçilər də vardı, neçə vaxtdı acınacaqlı vəziyyətdədirlər. Onların çoxu heç yerdə işləmir, ancaq toydan dolanır. Düşünürəm ki, bundan sonra insanların vəziyyəti düzələr”.
Bahar Rüstəmli