Xəbər lenti

“Onların qisasını alacağıq...” - Zakir Həsənov
Ölkə09:04 11.04.2016

“Onların qisasını alacağıq...” - Zakir Həsənov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 "Biz həqiqəti deməliyik. Yüz illər boyu ermənilər azərbaycanlılara qarşı cinayətlər törədiblər. Biz bunun qarşısını almalıyıq".

"Report"un xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən şəhid olan pilotlar - mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində çıxışında deyib.

"Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan ordusunda döyüş ruhu var. İnanıram ki, ordumuz şəhidlərin qisasını alacaq, ərazi bütövlüyümüzü bərpa edəcəklər", - nazir vurğulayıb.

Qaynar.info