Xəbər lenti

Onlayn dərslər – yeni təfəkkür zəminində
Ölkə10:44 28.12.2020

Onlayn dərslər – yeni təfəkkür zəminində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəzər Universitetində mövcud şəraitlə əlaqədar onlayn təhsil sisteminə keçildiyi bir vaxtda da dərslərə yaradıcı yanaşılması, yeni forma və metodlara üstünlük verilməsi prioritet xarakter alıb. 
Artıq "İnteqrativ dərs” layihəsinə start vermiş universitetin Dillər və ədəbiyyatlar departamenti daha bir istiqamətdə öz fəaliyyətini genişləndirir; açıq dərslərin, həm də interaktiv şəkildə keçilməsi, habelə dərslərə mövzu ilə əlaqədar tanınmış insanların dəvət olunması dərslərin canlanmasına səbəb olur, tələbələrin yaddaşında həmişəlik iz salır. Belə ki, "Azərbaycan ədəbiyyatı” fənnini qeyri-ixtisas tələbələrinə maraqlı və effektiv etmək üçün  tədris edilən yazarların ailə üzvləri olan görkəmli ziyalıların, araşdırmaçıların onlayn dərslərə qoşulması  ənənə şəklini almaqdadır. Xüsusilə də, böyük istiqlalçı M.Ə.Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rais Rəsulzadənin, 35 yaşlı dahi Cəfər Cabbarlının nəvəsi, C.Cabbarlı ev-muzeyinin direktoru, C.Cabbarlı Fondunun prezidenti Qəmər Bağırovanın, tələbələrimizə Şəhriyar ləhcəsində Güneyli-Quzeyli vətənimizin ustad Şəhriyarından danışan, Təbrizin "Qürub” dərgisinin baş yazarı tarixçi və ədəbiyyatçı, şəhriyarşünas Rza Həmrazın, nəsrimizin Cahandar ağası İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının, şeirimizin bənzərsiz "Uzaq yaşıl ada”sı– Vaqif Səmədoğlunun həyat yoldaşı Səməd Vurğun ev-muzeyinin direktoru, şərqşünas, fəlsəfə doktoru Nüşabə Vəkilovanın, gənclik poeziyamızın M.Müşfiqdən sonra ikinci sevgisi–Əli Kərimin oğlu, AMEA Respublika Əlyazmalar İnstitutunun direktor müavini filologiya elmləri doktoru Paşa Kərimovun  əlaqədar dərslərdə çıxışları tələbələrin hədsiz marağına səbəb olub.
Onlayn dərslərin hər bir qonağı tədris prosesindəki bu demokratik və yaradıcı şəraitə görə universitet rəhbərliyinə minnətdarlıq ünvanlamış, departamentin müəllimi Qardaşxan Əzizxanlıya bu təşəbbüsün davamlı olmasını arzuladıqlarını bildiriblər.