Xəbər lenti

Operativ Qərargahdan rayonlara gediş-gəlişlə bağlı açıqlama: "Məsələyə baxılır"
Ölkə13:22 03.08.2020

Operativ Qərargahdan rayonlara gediş-gəlişlə bağlı açıqlama: "Məsələyə baxılır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Regionlara gediş-gəliş məsələsinə baxılır".
Qaynarinfo xəbər verir ki, bu sözləri Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev deyib:
"Bunun üçün müəyyən qaydalar müzakirə olunur. Regionlara gediş-gəlişin açılması məsələsinə təkrar baxılacaq".
Hikmət Hacıyev bildirib ki, avqustun 5-dən sonra müəllimlərin işə qəbulu, lisey və qəbul imtahanlarının keçirilməsi planlaşdırılır.
Prezdent köməkçisi qeyd edib ki, hazırda xaricdə olan vətəndaşların ölkəyə gəlməsi üçün məntəqələr üzrə çarter reyslər dayandırılıb: "Digər ölkələrdə olan vətəndaşlar İstanbul reysi vasitəsilə Azərbaycana gələ bilərlər".