Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı artırılır
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik nəzərdə tutulur.
Dəyişikliyə əsasən, Milli Məclis sədrinin aylıq vəzifə maaşı 1950 manatdan 2250 manata qaldırılır. Layihə Milli Məclisin 17 dekabr tarixli plenar iclasında müzakirəyə çıxarılacaq.