Xəbər lenti

Oqtay Gülalıyevin oğlu atasını belə təbrik etdi
Ölkə08:30 27.06.2020

Oqtay Gülalıyevin oğlu atasını belə təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Atamın bu mübarizədən də qalib çıxacağına, ayağa qalxacağına inanıram".
Qaynarinfo xəbər verir ki, bunu Əli Gülalıyev Türkiyədə müalicə olunan atası hüquq müdafiəçi Oqtay Gülalıyevin ad günündən danışarkən deyib. O, atasını sosail şəbəkə vasitəsi ilə təbrik edib: 
"Bu gün atamın doğum günüdür. 48 yaşı tamam olur. Atam tələbəlik illərindən istiqlaliyyətimiz uğrunda mücadiləyə qoşulub və bütün şüurlu həyatını hökm sürən qanunsuzluğa qarşı mübarizə aparıb. Həyat xırda anlardan ibarətdir, kədərli ya sevincli. Əsas olan sonda nələrisə dəyişə bilməyindir. İnsan həyatının mənası məhz onun mübarizəsindədir, nə üçün mübarizə aparmasındadır. Bu baxımdan atam çox mənalı bir ömür yaşayıb.
Doğum günün mübarək, atacan".
Bahar Rüstəmli