Xəbər vermişdik ki, Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb.Hüquq müdafiəçisinin səhhətində irəliləyiş davam edir.
Qaynarinfo-nun unikal.org-a istinadən məlumatına görə, O.Gülalıyev yaxınları ilə "whatsapp" vasitəsi ilə əlaqə qurmağa başlayıb.
Bildirilir ki, o, "whatsap" görüntüsü ilə danışarkən, deyilənləri hiss edir, başını silkələyir. Amma sualları hələlik cavablandıra bilmir.
O hüquq müdafiəçisi olan dostu Taleh Xasməmmədovla da "whatsap" vasitəsi ilə əlaqə saxlayıb.