Xəbər lenti

Oqtay Şirəliyev vəfat etdi
Ölkə 19:15 03.10.2025

Oqtay Şirəliyev vəfat etdi

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki,o, bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.
 
Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakıda həkim ailəsində anadan olub.

1967-1973-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi” ixtisası üzrə bitirib.

Bir sıra xəstəxanalarda və vəzifələrdə çalışan O.Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci il oktyabrın 20-də səhiyyə naziri təyin olunub, 2021-ci il aprelin 23-dək bu postda çalışıb.

O, 2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->