Xəbər lenti

Ordu rəhbərliyi şəhidlərin dəfnində - FOTOLAR
Ölkə08:04 11.04.2016

Ordu rəhbərliyi şəhidlərin dəfnində - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən şəhidlərlə vida mərasiminə Müdafiə Nazirliyinin rəhbərliyi də qatılıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda davam edən mərasimdə müdafiə naziri Zakir Həsənov, nazirliyin Baş Qərargah rəisi Nəcməddin Sadıqov, generallar, nazir müavinləri, hərbi prokuror Xanlar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovni Elçin Quliyev və digər rəsmi şəxslər iştirak edir.

Qeyd edək ki, 4 günlük müharibədə şəhid olan Mİ-24 helikopterinin pilotları - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov, həmçinin polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevlə vida mərasimi keçirilir. Şəhidlər II Fəxri Xiyabanda dəfn ediləcəklər.

Qaynar.info