Xəbər lenti

Orduda andiçmə mərasimləri keçirildi (FOTO)
Ölkə14:59 08.11.2021

Orduda andiçmə mərasimləri keçirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, noyabrın 8-də Azərbaycan ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, mərasimlərdə Azərbaycan Respublikasının Dövlət himni səslədirilib, gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.
Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.