Xəbər lenti

Ordumuz Avropa ikincisidir
Ölkə12:50 16.03.2015

Ordumuz Avropa ikincisidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2010-2014-cü illərdə Avropada satın alınan silahların 13 faizi Azərbaycan Silahlı Qüvvələrinin payına düşüb. 

Anspress-in məlumatına görə. bu barədə Stokholm beynəlxalq sülh problemlərinin tədqiqatı institutunun (SIPRI) bu gün dərc etdiyi məruzədə bildirilir. Məruzəyə görə, 2010-2014-cü illərdə Avropanın ən çox silah alan ölkəsi Böyük Britaniya olub və qitədə alınan silahların 14 faizi məhz Londonun payına düşüb.

Dumanlı Albiondan 1% geridə qalan Azərbaycan siyahıda 2-ci yeri tutub. 2010-2014-cü illərdə Azərbaycanının satın aldığı silahların toplam qiyməti 2005-2009-ci illərin göstəricisindən 249% çox olub. Azərbaycan silahların 85%-ni Rusiyadan alıb. 

Qaynar.info