Xəbər lenti

Ordumuz cavab verdi: 4 erməni əsgər məhv edildi (YENİLƏNİB)
Ölkə07:08 01.09.2023

Ordumuz cavab verdi: 4 erməni əsgər məhv edildi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan törətdiyi təxribat zamanı dörd hərbçisini itirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan ordusu Ermənistanın 4 hərbçisini məhv edib, biri yaralanıb.
11.08
Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak” nəşri məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyi vəziyyət barədə bir azdan açıqlama yayacağını bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda isə bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.
"Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür", MN-dən bildirilib.