Xəbər lenti

Ordumuz daha bir erməni hərbçisini öldürdü
Ölkə20:20 05.02.2015

Ordumuz daha bir erməni hərbçisini öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində daha bir erməni hərbçisi öldürülüb. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Xəbərdə bildirilir ki, 25 yaşlı hərbçi Şekspir Mhitaroviç Akopyan qoşunların təmas xəttinin Qarabağ hissəsində öldürülüb.
Erməni hərbçi fevralın 4-dən 5-ə keçən gecə təmasın xəttinin Qarabağ istiqamətində yerləşən hərbi hissələrdən birində ölümcül güllə yarası alıb və yerindəcə ölüb.
Qeyd edək ki, erməni kəşfiyyat-təxribat qrupları Azərbaycan ordusunun mövqelərinə hücum etməyə cəhd edirlər. Lakin Azərbaycan ordusunun əsgərlərinin sayıqlığı nəticəsində düşmən itki verərək geri çəkilir.
Qaynar.info