Xəbər lenti

Ordumuz daha bir əsgərini itirdi
Ölkə18:33 16.03.2013

Ordumuz daha bir əsgərini itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri vəfat edib. Bu barədə APA-ya əsgərin yaxınları məlumat veriblər.

Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən hərbi xidmətə çağırılan Cəlilabad rayon Şötüklü kənd sakini, 1994-cü il təvəllüdlü Elvin Fikrət oğlu Niftizadə vəfat edib. O, 2013-cü ilin yanvarında həqiqi hərbi xidmətə çağırılıb.  

Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən  N saylı hərbi hissəsində xidmət edən E. Niftizadənin vəfat səbəbi hələlik məlum deyil. 

Qaynar.info