
Azərbaycan ordusu daha bir əsgərini itirib.
Müdafiə Nazirliyindən Qaynar.info-ya daxil olan məlumatda bildirilir ki, Silahlı Qüvvələrin N saylı hərbi hissəsində avtomat silahla ehtiyatsız davranılması nəticəsində atəş açılıb və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Babaşov Nizami Şəmil oğlu vəfat edib. Qeyri-döyüş şəraitində baş verən hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Vəfat edən Füzuli rayonu, Araz-Zərgər kənd sakini 26 yaşlı Babaşov Nizami Şəmil oğlu atışma nəticəsində şəhid olub. O müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Qaynar.info




