Xəbər lenti

Ordumuz üçün gecəgörmə cihazları - VİDEO
Ölkə06:01 04.06.2014

Ordumuz üçün gecəgörmə cihazları - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodundan reportaj

Optik nişangahlar, qalimatorlar, termal sistemlər, gecəgörmə vasitələri. Bu optik cihazlar müxtəlif silahların, döyüş və texnika vasitələrinin dəqiqliyini təmin edən vacib elementlərdir.

Müasir müharibə meydanında, hərbi əməliyyatlarda, xüsusilə antiterror əməliyyatlarında optik sistemlərdən, termal nişangahlardan və gecəgörmələrdən istifadə edilir. Hazırda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodunda Silahlı Qüvvələrimiz üçün 12 adda optik cihaz istehsal edilir.

Azərbaycan istehsalı olan, hədəfi daha yaxşı aşkar etmək, görmək, məhv etmək üçün istifadə olunan optik, termal, gecəgörmə cihaz və vasitələrini, həmçinin döyüş meydanında görünməz qala bilən zirehli texnikanı "Marş" verilişində görmək olar.

Qaynar.info