Xəbər lenti

Ordumuzun atəşi nəticəsində erməni hərbçinin ölümü xəbəri həqiqətə uyğun deyil (RƏSMİ)
Ölkə17:51 16.08.2021

Ordumuzun atəşi nəticəsində erməni hərbçinin ölümü xəbəri həqiqətə uyğun deyil (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır.