Xəbər lenti

Ordumuzun əsgəri dünyasını dəyişdi
09:23 02.03.2015

Ordumuzun əsgəri dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən 28.08.1990-cı ildə anadan olmuş, 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılmış əsgər Pərvanayev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən martın 2-də vəfat edib.

Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir ki, hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır.

Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Qaynar.info

Oxşar xəbərlər