Xəbər lenti

Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutuldu
Ölkə11:57 07.04.2025

Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətlərdən intensiv atəşə tutub.
Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 
Bildirilib ki, aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.
Azərbaycan bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.