Xəbər lenti

Ordumuzun mövqeləri sülhməramlıların olduğu ərazilərdən atəşə tutuldu
Ölkə08:43 22.08.2021

Ordumuzun mövqeləri sülhməramlıların olduğu ərazilərdən atəşə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib. Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.