Xəbər lenti

Ordunu gozdən salmaq kimə və nəyə lazım?
Ölkə11:28 18.06.2013

Ordunu gozdən salmaq kimə və nəyə lazım?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Üzeyir Cəfərov

26 iyun - Silahlı Qüvvələr günü yaxınlaşır.Adətən, belə önəmli bayramlardan öncə ölkənin dayağı olan oğul və qızlarhaqqında yaxşı sözlər demək, onların çətin, keşməkeşli həyatını vəsfetmək adət halını alıb. Amma bu dəfə bu ənənəyə əməl etməyəcəm. Çoxciddi səbəblərim var!

Ötən həftə Milli Məclisin növbədənkənariclasında BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Gəncə hadisələrindənbəhs edərək dedi: “1993-cü ildə Gəncədə hərbi qiyam başlayanda hamımızbilirdik ki, xarici güclər bu qıyamın arxasında dayanmışdılar. Bu günMüdafiə Nazirliyi rəhbərliyində təmsil olunan şəxslər o zaman da MüdafiəNazirliyinin rəhbərliyində təmsil olunurdu. Ancaq onlar ölkədəsabitliyi qoruya, qiyamın qarşısını ala bilmədilər. Mən sual etməkistərdim: yenə də belə bir təhlükə yaranarsa, onlar Ali Baş Komandanı vədövləti müdafiə edəcəklərmi?”


Deputat fikrini belə yekunlaşdırdı: “Müdafiə Nazirliyi və digər hökumət qurumları milli kadrlarla gücləndirməlidir!”

Millətvəkili Qüdrət Həsənquliyevin Milli Məclisdə indiyə kimi çox çıxışlarınıdinləmişdim, amma beləsini birinci dəfə eşidirdim. Bu çıxış  RusiyaDövlət Dumasında hansısa deputatın, xüsusən də Jirinovskinin rəhbəriolduğu Liberal Demokrat Partiyası üzvünün şovinist çıxışına bənzədi vəməni çox məyus etdi. Xüsusən də, onun guya Müdafiə Nazirliyində əslazərbaycanlı rəhbərliyin olmaması hissəsi yaman pis təsir bağışladı.Qüdrət bəy ümumi sözlərlə, konkret ad çəkmədən bu məsələyə eyham vurdu.

Aydınməsələdir ki, onun hədəfində Müdafiə Nazirliyinin rəhbərliyi, başdanazir Səfər Əbiyev, Baş qərargah rəisi Nəcməddin Sadıqov və HHQ və HHMqoşunlarının komandan əvəzi Altay Mehdiyev və digər vəzifəli şəxsləridi. Millət vəkilinin məhz indi bu məsələni bu şəkildə qabartmasınınsəbəbi şəxsən mənə məlumdur. Onun məqsədi bu həssas məqamı vurğulamaqlahəm diqqəti özünə cəlb etmək, həm də güc strukturlarından ən böyüyü olanMN ilə bağlı mənfi imic formalaşdırmaq idi. Son zamanlar əsgər ölümləriilə bağlı cəmiyyətdə baş verən müəyyən narazılıqlar fonunda belə birçıxışın təsadüfi olmadığı hamıya məlumdur. Mən adları çəkilən vəçəkilməyən zabitlərin iş üsulları ilə bağlı dəfələrlə tənqidi və bəzəndə sərt tənqidi çıxışlar etmişəm. Yeri gələndə, bundan sonra daedəcəyəm! Ancaq, MN-də milli kadrlar yoxdur, fikrini xüsusi vurgulamaq,fikrimcə yersiz və çox uğursuz bir yanaşma idi. Ordu komandanlığınınrəhbər heyətində Azərbaycanda yaşayan bütün azsaylı xalqlarınnümayəndələri - tatlar, ləzgilər, talışlar, avarlar, saxurlar, inqloylarvə digərləri şərəflə, vicdanla xidmət edirlər. Onların çoxu düşmənlətəmas xəttində yerləşən hərbi hissə və birləşmələrdə, çətin şəraitdəvətən qarşısında üzərinə düşən vəzifələri yerinə yetirirlər. Həttaatəşkəs adlanan bədnam bir rejimin olmasına baxmayaraq, verilən çoxsaylıitkilər arasında həmin azsaylı xalqların da nümayəndələr var.

Necədeyərlər, əyri oturaq, düz danışaq. İndi MN-nin rəhbərliyinin günahıdeyil ki, Qüdrət bəyin ətrafı hərbi sahəni deyil, biznes və pul-para iləbağlı sahələri seçirlər. Ona görə də ordunun general və admirallarısırasında onların sayı o qədər də çox deyil.

Hərbi sahədə olmasada, çox güman ki, DİN, FHN, DSX, DGK və onlarla digər sahələrdə millətvəkilinin həm yaxın qohum-əqrabası, həm də dost-tanışları çoxluq təşkiledir.

Kadrların təyinatı və yerdəyişməsi məsələsinə də bir balacatoxunmaq istərdim. Aydındır ki, bu sırf ölkə rəhbərliyininsəlahiyyətində olan məsələdir və bu haqda nəyisə söyləmək sadəcə ehtimalola bilər. Millət vəkili kimi Qüdrət Həsənquliyevin özü də gözəl bilirki, Azərbaycanda, çox təəssüflər olsun ki, bu vəzifələrə təyinat və yaçıxarılma düyünə düşüb. Vəzifəyə təyin edilən adam az qala dünyasınıdəyişənə qədər orada saxlanılır. Elə ona görədir ki, xaricdən gələnnüfuzlu qonaqlar da bu məsələdə  bizə rişxəndlə irad bildirirlər.Əlbəttə, mənim də ən böyük arzularımdan biri odur ki, bütün sahələrdə, ocümlədən ordu sıralarında mütəmadi kadr təyinatları həyata keçirilsin,müasir tələblərə cavab verən cavan, çevik, savadlı zabitlərə üstünlükverilsin.

Millət vəkilinin məlum çıxışı ola bilsin ki, kimlərəsəadi bir açıqlama kimi görünsün. Amma tam səmimi deyirəm ki, bu bir neçəgündə ən çox təmasda olduğum zabitlər və keçmiş hərbçilər, sadə insanlarbunun güc strukturlarına xitabən deyilməsini, müharibə şəraitində olandövlətin Silahlı Qüvvələrinə, onun rəhbərliyinə yönəlməsini qətiyyəndoğru addım saymırlar. Mən də bu fikirləri bölüşürəm və çox istərdim ki,gələcəkdə Silahlı Qüvvələrimizlə bağlı belə sərt açıqlamalara ehtiyacyaranmasın. Düşmən dövlətin nümayəndələri də ardıcıl olaraq bizimmətbuatı izləyir və gələcəkdə ordu  rəhbərliyi arasında nifaq salmaqüçün müxtəlif təxribat və təbliğat vasitələrindən istifadə edə bilərlər .Ona görə də hər bir söz diqqətlə, yüz dəfə ölçüb biçilməklədeyilməlidir. Çalışmaq lazımdır ki, deyilən sözün cəmiyyət üçün dəyəriolsun.