Xəbər lenti

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradıldı
Ölkə18:05 08.08.2022

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhiyyə Nazirliyinin tabeliyində "Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Qaynarinfo xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin Nizamnaməsi və strukturu təsdiq edilib.
Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.
Eyni zamanda, müəyyən edilib ki, Koordinasiya Mərkəzinin Nizamnamə Fondu 300 000 manat təşkil edir və qurumun əsas vəsaiti hesabına formalaşır