
Zaqatala rayon sakini Vüsal Bəşirovun qollarını bilək nahiyyəsindən kəsiblər. Hər iki əlini itirən Vüsal Bəşirovun atası Vahid Bəşirovun verdiyi məlumata görə, oğlu ilə yoldaşlıq münasibətləri olan Rəçad adlı şəxs axşam saatlarında Vüsalı evdən çağıraraq onunla söhbət etmək istədiyini bildirib.
Vüsalın atasının narahat olduğunu görən Rəşad ona deyib ki, oğlu ilə sadəcə hal-əhval tutmaq istəyir. Bundan sonra Rəşad və onunla olan digər rayon sakini Vüsalı maşın ilə rayona yaxın ərazidə yerləşən çaylağa aparıblar. Bundan yarım saat sonra Rəşad Vüsalın atasına zəng edərək oğlunun əllərini biləkdən kəsdiklərini bildirib.
Həkimlərin verdiyi məlumata görə, Vüsal xəstəxanaya çatdırdıqda vəziyyəti ağır olub. Həkimlər ağır vəziyyətdə olan gəncə dərhal ilkin tibbi yardım göstərib və üzərində zərrahiyyyə ımıliyyatı aparılıb. Hazırda 26 yaşlı Vüsalın vəziyyəti ağırdır. Fakt ilə bağlı Zaqatala rayon polis şöbəsində cinayət işi açılıb və şübhəli şəxslərin tutlaraq istintaqa cəlb olunması ilə əlaqədar əməliyyat keçirilir.
Tural Mahmudov
Qaynarinfo.Az