Xəbər lenti

Orta məktəbdə faciə: yeniyetmə qız özünü pəncərədən atdı
Ölkə07:34 03.04.2014

Orta məktəbdə faciə: yeniyetmə qız özünü pəncərədən atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda 16 yaşlı qız orta məktəbdə intihara cəhd edib. Hadisə Kürdəmir şəhərində baş verib.

Qaynar.info-nun Lent.az-a istinadəın verdiyi xəbərə görə, şəhər 6 saylı orta məktəbinin 10-cu sinif şagirdi, 1998-ci il təvəllüdlü Ələkbərova Aytac Mübariz qızı 3-cü mərtəbədəki sinif otağının pəncərəsindən özünü atıb. O, ağır vəziyyətdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər 16 yaşlı qızın Bakıya təxliyə edilməsinə qərar veriblər və yaralı paytaxta gətirilib. İlkin olaraq 16 yaşlı qıza qarnın, döş qəfəsinin küt travması, çanaq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb. Valideynləri bildiriblər ki, A.Ələkbərova epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Bu səbəbdən də onun, nəfəs almaqda çətinlik çəkərkən pəncərəyə yaxınlaşması və bu zaman yıxılması ehtimalı da var.

Qeyd edək ki, hadisə tənəffüs vaxtı baş verib.

Qaynar.info