Xəbər lenti

Orta məktəblərdə tətil nə vaxt olacaq?
Ölkə10:53 20.12.2013

Orta məktəblərdə tətil nə vaxt olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil Nazirliyi ümumtəhsil məktəblərində iş və tətil günlərinin tarixini açıqlayıb

APA-nın “Azərbaycan müəllimi” qəzetinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin 11.12.2013-cü il tarixli qərarına uyğun olaraq, ümumtəhsil məktəblərinin iş və tətil günləri müəyyənləşdirilib. Belə ki, beş günlük iş həftəsi ilə işləyən məktəblərdə qış tətili 29 dekabr - 06 yanvar tarixlərində olacaq. I yarımilin son dərs günü dekabrın 28-nə, II yarımilin ilk dərs günü isə yanvarın 7-nə təsadüf edəcək.
 
Altı günlük iş həftəsi ilə işləyən məktəblərdə isə qış tətili 30 dekabr - 06 yanvar tarixlərində olacaq. Onlarda I yarımilin son dərs günü dekabrın 29-na, II yarımilin ilk dərs günü isə yanvarın 7-nə təsadüf edəcək.


Qaynar.info