Xəbər lenti

Orxan Camal öldürüldü
Ölkə17:03 31.07.2018

Orxan Camal öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğludur
Mərkəzi Afrika Respublikasında rusiyalı jurnalist Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyev öldürülüb.
Bu barədə Qaynarinfo Sputnik Azərbaycan-a istinadən məlumat verir. Bu şəxslər həmin ölkədə qeyri-formal silahlı qrup olan "Vaqner” barədə film çəkirmişlər.
Məlumatlara əsasən, rusiyalıları blokpostda saxlayıblar və daha sonra onların ölüm xəbəri gəlib. Detallar məlum deyil.
52 yaşlı Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğludur. Heydər Camal özü 2016-cı ildə vəfat edib.